Tez-tez verilən suallar
Sualınız var?
Ulduz nömrələr barədə ən çox verilən suallar
1. Star4 nədir?
Star4, Fast Solutions tərəfindən bizneslər üçün təqdim edilən, ulduzla başlayan 4 rəqəmli qısa nömrə xidmətidir. Star4 nömrələri brend tanınmasını və peşəkar imici gücləndirərək müştərilərin biznesinizlə daha asan və sürətli əlaqə qurmasına şərait yaradır.
2. Ulduz nömrə biznesimə nə verir?
Ulduzla başlayan 4 rəqəmli qısa nömrələr biznesiniz üçün sadəcə əlaqə vasitəsi deyil, müştərilərin sizi asan yadda saxlamasına imkan yaradır, reklamın təsir gücünü artırır və zənglə olan müraciətlərin sayını çoxaldır. Ulduzla başlayan 4 rəqəmli qısa nömrələr brendin tanınmasını və imicini gücləndirən əsas vasitələrdən biridir. Eyni zamanda, reklam büdcəsinin effektivliyini yüksəldir və müştəri ilə əlaqə qurma prosesini daha sürətli və rahat edir.
3. Kimlər üçün uyğundur?
Ulduzla başlayan 4 rəqəmli qısa nömrələr əsasən yüksək müraciət həcmi olan, çağrı mərkəzi və müştəri xidmətləri üzərindən aktiv kommunikasiya quran bizneslər üçün effektiv əlaqə həllidir. Bu xidmət xüsusilə bank və maliyyə xidmətləri, sığorta, səhiyyə və tibb müəssisələri, logistika və çatdırılma, restoran və qida şəbəkələri, e-commerce və retail sektoru ilə yanaşı bir çox sahələrdə müştəri müraciətləri üzərindən həyata keçirilən satış və xidmət proseslərini optimallaşdırır.
4. Ulduz nömrəni necə əldə edə bilərəm?
Rəsmi saytımızda — www.star4.az və ya www.fastsolutions.az— istəyinizə uyğun ulduz 4 rəqəmli nömrəni seçib mövcudluğunu yoxlaya və müraciətinizi təqdim edə bilərsiniz. Müraciət qeydə alındıqdan sonra bizə gəlmiş sorğu əsasında satış mütəxəssisimiz sizinlə əlaqə saxlayır, xidmət şərtlərini təqdim edir, bütün lazımi məlumatları sizinlə bölüşür və razılaşma əsasında prosesi rəsmi müqavilə ilə tamamlayır.
5. Fərdi istifadəsi mümkündürmü?
Ulduz nömrələr əsasən biznes və korporativ istifadə üçün nəzərdə tutulub. Xidmətin rəsmiləşdirilməsi üçün VÖEN tələb olunur və müqavilə müvafiq sahibkarlıq subyekti ilə bağlanır. Star4 həlləri PBX, IVR və çoxistiqamətli yönləndirmə kimi biznes kommunikasiyası imkanlarını dəstəklədiyi üçün fərdi istifadədən daha çox şirkət və sahibkarların ehtiyaclarına uyğundur.
6. Qiymətlər necə formalaşır?
Ulduz nömrələrin qiyməti seçilən kateqoriyaya — Standart, Plus, Premium və Select — uyğun olaraq müəyyən edilir. Minimum aktivasiya ödənişi 500 AZN-dən başlayır, aylıq abunə haqqı isə 390 AZN təşkil edir (Qiymətlərə ƏDV daxil deyil). Yüksək kateqoriyalı nömrələrin qiyməti onların eksklüziv və limitli olmasına görə daha yüksək ola bilər. Yüksək kateqoriyalı nömrələr, onların xüsusiyyətləri və seçim imkanları barədə ətraflı məlumat növbəti bölmələrdə təqdim olunur.
7. Aktivləşmə hansı müddətdə icra olunur?
Aktivləşmə prosesi adətən 5 iş günü ərzində icra olunur.
8. Ulduz nömrələr hansı operatorlarda işləyir?
Ulduz nömrələr bütün mobil operatorlarda və şəhər nömrələrində aktivləşdirilə bilər. Bu, biznesinizin mövcud infrastrukturuna uyğun şəkildə rahat inteqrasiya imkanı verir. Həmçinin ulduz nömrələr bütün mobil operatorlardan və şəhər nömrələrindən edilən zəngləri qəbul edir. Müştəriləriniz hansı operatordan istifadə etməsindən asılı olmayaraq, ulduz nömrəniz vasitəsilə sizinlə əlaqə saxlaya bilərlər. Mobil və stasionar telekommunikasiya şəbəkələrindən “*XXXX” nömrələrinə edilən zənglər müvafiq operatorların təyin etdiyi tarif planına əsasən hesablanır.
9. Zəngləri müxtəlif şöbələrə yönləndirmək mümkündürmü?
Bəli ✅. Ulduz nömrəyə daxil olan zəngləri avtomatik səsli menyu vasitəsilə müxtəlif şöbələrə yönləndirmək mümkündür. Məsələn, müştəri satış üçün 1, müştəri xidməti üçün 2 düyməsini seçir və zəng birbaşa uyğun şöbəyə yönləndirilir. Bu, müştərilərin doğru şöbəyə daha tez çatmasına və zənglərin daha səmərəli idarə olunmasına kömək edir.
10. Əməkdaşlıq prosesi necə həyata keçirilir?
Müraciətinizi qaynar xətt, sosial şəbəkələr və ya veb-sayt üzərindən təqdim edə bilərsiniz. Satış mütəxəssisimiz sizinlə əlaqə saxlayır, ehtiyacınıza uyğun məlumat və təklif təqdim edir. Razılaşma əldə olunduqdan sonra müqavilə rəsmiləşdirilir və ulduz nömrə mobil və ya stasionar xəttə qoşularaq 5 iş günü ərzində aktivləşdirilir.
11. Yüksək kateqoriyalı nömrələr nədir?
Yüksək kateqoriyalı *-la başlayan 4 rəqəmli nömrələr – təkrarlanan, ardıcıl və ya xüsusi rəqəm kombinasiyalarından ibarət, daha asan yadda qalan ulduz nömrələrdir. *6666, *8888 kimi seçilən kombinasiyalar məhdud sayda mövcud olduğu üçün biznesə daha fərqli və prestijli kommunikasiya imkanı yaradır. Bu tip nömrələr xüsusilə reklam və müştəri əlaqələrində brendin yadda qalmasını gücləndirərək onu rəqiblərdən fərqləndirə bilir. Yüksək kateqoriyalı nömrələrin həm dəyəri, həm də prestiji daha yüksəkdir.