Sosial

Admin

09 İyun 2026

Ulduz Nömrə Nədir və Biznesə Nə Qazandırır?

Ulduz Nömrə Nədir və Biznesə Nə Qazandırır?
Ulduz nömrə nədir? Ulduz nömrə, ulduz işarəsi ilə başlayan və 4 rəqəmdən ibarət olan qısa biznes nömrəsidir. Bu nömrələr adətən *XXXX formatında olur və müştərilərin şirkətlə daha rahat əlaqə saxlaması üçün istifadə edilir. Sadə desək, ulduz nömrə biznesin yadda qalan əlaqə nömrəsidir. Uzun mobil və ya şəhər nömrələri reklamda çətin yadda qala bilər. Qısa ulduz nömrə isə həm vizual olaraq daha səliqəli görünür, həm də müştərinin onu xatırlaması daha asan olur.

Hər gün onlarla reklam, billboard və vizitkart görürük. Amma yalnız fərqləndirici detallara sahib olanlar yadımızda qalır. Ulduz nömrə sadə, qısa və simvolik bir kod (*6776 kimi) – markanızı digərlərindən ayıran məhz belə bir detaldır. Məhz buna görə də ulduz nömrələr markalar üçün sadə görünən, amma strateji gücə malik bir vasitədir. Qısa və simvolik kod, reklamın xatırlanma faizini yüksəldir və müştəri ilə ilk təmas nöqtəsində yadda qalma imkanı yaradır. Marketinqdə ən çətin məsələlərdən biri auditoriyalın diqqətini qazanmaq deyil, o diqqəti yaddaşa həkk etməkdir. İnsan beyni hər gün yüzlərlə mesajla qarşılaşır sosial şəbəkələrdə, küçə reklamlarında, tədbirlərdə. Amma bunların böyük əksəriyyəti çox qısa müddət ərzində unudulur. Yadda qalan isə sadə və simvolik mesajlardır. Məhz buna görə də brendlər öz ünsiyyətlərində fərqləndirici detallara üstünlük verirlər: loqo, rəng palıtrası, vizual üslub və ya sadə əlaqə vasitəsi. Çünki bu detallar auditoriyalın beynində markanı daha tez bağlayır və seçilmə ehtimalını artırır. Burada ulduz nömrələr xüsusi rol oynayır. Qısa, simvolik və asan xatırlanan kod *1300 və ya *6776 kimi reklam mesajınızı sadələşdirir, müştərinin beynində "yapışqan" kimi qalır. Yaddaqalan nömrə ilə daha çox zəng, daha çox müştəri

Ulduz nömrəni tap

Biznesiniz üçün uyğun nömrəni indi seçin

Böyük və orta bizneslər üçün nəzərdə tutulmuş ulduz nömrələr reklam, müştəri xidməti və satış kanallarında vahid və peşəkar kommunikasiya imkanı yaradır.

* 6776[email protected]

Sarabski Plaza, Hüseynqulu Sarabski küçəsi 75

©2026. Fast Solutions

Hazırladı: AzSoftware

Ulduz Nömrə Nədir və Biznesə Nə Qazandırır? | Fast Solutions (STAR4)